MƏHSULLARIN DAŞINMASI XİDMƏTİNƏ AİD ŞƏRTLƏR:

  1. Məlumat üçün nəzərinizə çatdırırıq ki, “Find Express” MMC (həmçinin “Daşıyıcı” adlandırılacaq) istehsalçı olmayıb, heç bir satış xidməti təklif etmir.
  2. Bağlama xarici anbara daxil olduqda "Yoxlama" və "Paketləmə" xidmətimizdən istifadə edə bilərsiniz. Bu xidmətlər ödənişlidir.
  3. Sifariş olunan məhsullar “Daşıyıcı” tərəfindən sığortalanmır, həmçinin “Daşıyıcı” bu məsələyə görə məsuliyyət daşımır.
  4. Sifariş olunmuş məhsulun “Daşıyıcı”dan asılı olmayaraq gecikməsi hallarında (gömrük yoxlamaları, aviareyslərin gecikməsi və s.) “Daşıyıcı” məsuliyyətli deyil və bu vəziyyət sifarişdən imtina üçün səbəb sayıla bilməz.
  5. Müştəri Türkiyədən həm "Sifariş et" xidmətimizlə, həm də "Xaricdəki ünvanlarım" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər. Amerika üçün "Sifariş et" xidməti aktiv deyil.
  6. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı və şəxsi məlumatları tam və düzgün göstərməlidir. ("Xaricdəki ünvanlarım" bölməsində olduğu kimi) Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya şəxsi məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu, yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Find Express MMC heç bir məsuliyyət daşımır. Problemli bağlamaların araşdırılma müddəti 14 iş günüdür.
  7. Türkiyə anbarımıza daxil olmuş bağlama xarici anbarımızdan mağazaya geri qaytarılmır.
  8. Sifarişçi ilə olan bütün yazışmalar, həmçinin “Daşıyıcı”nın Çağrı Mərkəzinə daxil olan zənglər arxivləşdirilir və konfidensiallıq “Find Express” MMC tərəfindən qorunur.
  9. Findex qəbul olunmuş sifarişləri növbəli şəkildə (24 saat ərzində) həyata keçirir və sifariş prosesində müəyyən problem yarandıqda (məhsulun tükənməsi, məhsulun ölçüsünün və ya rənginin bitməsi, kampaniyanın sona çatması, ödəmə üsulunda yaranan problem və s.) istifadəçinin məhsula görə ödədiyi məbləğ balansına geri qaytarır.
  10. Bağlamalarınızı kuryerdən təhvil alan zaman yerindəcə saymalı və problem olduqda kuryerə dərhal məlumat verməlisiniz. Əks halda, yaranan problemə görə məsuliyyət daşımırıq.
  11. İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da kart hesabına geri tələb edə bilər. Məbləğ istifadəçinin hesabına 10-14 iş günü ərzində geri qaytarılır.
  12. İstifadəçi sifariş verən zaman Türkiyə daxili karqonun məbləğini tam ödəməlidir. Məbləğ tam ödənilmədiyi halda çatışmayan məbləğ müştərinin cari balansından silinir və ya məhsul təhvil verilən zaman müştəri tərəfindən nəğd şəkildə tamamlanmalıdır. Müştəri “Daşıyıcı”ya olan bütün maddi öhdəliklərini ödəyənədək bağlamasını əldə edə bilməz.
  13. “Daşıyıcı” tərəfindən müştəri üçün sifariş edilən məhsulun məbləğində müəyyən (maksimum 50 TL olduqda) çatışmazlıq olarsa, bu məbləğ müştəriyə məlumat verilmədən cari balansından silinməklə sifariş yerinə yetirilir.
  14. "Sifariş et” xidmətimizdən istifadə zamanı ödənişi təsdiqlənmiş  sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.
  15. “Daşıyıcı” istifadəçinin sifariş etdiyi online ünvanın etibarlılığına və ödəmə şərtlərinə görə heç bir məsuliyyət daşımır. Bağlamanın satıcı mağaza tərəfindən göndərildiyi bildirilib, lakin bağlamanı şəxsi kabinetinizdə görə bilmirsinizsə, mağaza ilə birbaşa əlaqə saxlayıb hansı ünvana çatdırıldığı və kimə təhvil verildiyi ilə bağlı tam məlumat əldə etdikdən sonra bizə müraciət edə bilərsiniz. Araşdırma müddəti 14 iş günüdür.
  16. İstifadəçi məbləği cari balansından “Daşıyıcı”nın əməkdaşlıqda olduğu xarici şirkətin bank hesabına göndərir. Sifariş verilmə prosesinə görə 5% ödəmə (bank) komissiyası qeydə alınmışdır. Sifariş olunan məhsulun ödənişi müəyyən səbəbdən geri qaytarılarsa, 5% ödəmə (bank) komissiyası geri ödənilmir.
  17. Qeydə alınmış sifarişlər eyni anda həyata keçirilir. Buna baxmayaraq məhsulların satıcı firma tərəfindən ayrı-ayrı bağlamalarda göndərilməsi halları da baş verə bilir. Məhsullar satıcı firma tərəfindən bir neçə bağlama şəklində xarici anbarımıza daxil olarsa, hər bir bağlama ayrılıqda hesablanır.
  18. Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda müştəri email və sms vasitəsilə məlumat alacaq. Müştəri bağlamanı ofisdən təhvi ala(yanlız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə)) və ya əlavə xidmət haqqı ödəməklə kuryer xidmətindən istifadə edə bilər.
  19. Sifariş edilmiş məhsulun “Daşıyıcı”nın anbarına daxil olması haqqında sifarişçi məlumatlandırıldıqdan (sms və ya email vasitəsilə) 30 gün müddətində sifariş təhvil götürülməzsə, anbarda saxlanılan hər günə görə sifarişçi 1 AZN (hər bağlamaya görə) məbləğində “Daşıyıcı”ya cərimə ödəməyi öz üzərinə götürür, əks halda yeni sifarişə görə xidmətdən istifadə edə bilməyəcək. 45 gün müddətində isə bağlama təhvil götürülməzsə, növbəti gün aktlaşdırma aparılır və istifadəçinin hesabından silinir. Bu halda məbləğ müştəriyə geri qaytarılmır.
  20. İstifadəçi 1 (bir) təqvim ayı ərzində 300 (üç yüz) ABŞ dollar məbləğinədək sifariş verirsə, gömrük orqanları tərəfindən heç bir rüsuma cəlb edilmir. Bu məbləğ 1 (bir) təqvim ayı müddətində 300 (üç yüz) ABŞ dollarından artıq olduqda və gömrük orqanlarına əsasən kommersiya məqsədi daşıdığı haqda məlumat verildiyi zaman qanunvericiliyə müvafiq olaraq sifarişin ümumi dəyərinin 36%-dək (otuz altı) rüsuma cəlb olunur. Qeyd edək ki, 300 (üç yüz) ABŞ dolları limitinə məhsulun qiyməti və çatdırılma ödənişi daxildir. Həmçinin Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2 ədəddən çox olduqda müvafiq gömrük ödənişləri tətbiq olunur.
  21. İstifadəçinin məhsulu gömrük tərəfindən saxlanıldıqı zaman, gömrük bağlamanıza qaimə hazırlayır. Qaimə hazır olduqda, qaimə gömrük tərəfindən bizə təhvil verilir və biz sizinlə dərhal əlaqə yaradırıq, məlumat veririk. Daha sonra şəxs ofisimizə yaxınlaşaraq daşınma haqqını ödəyərək qaiməni təhvil ala bilər.
  22. Azərpoçt vasitəsilə ilə göndərişlər yalnız online ödənişlə həyata keçirilir. Həmin bağlamaların yenidən Türkiyəyə geri qaytarılması mümkün deyildir. Hesablanma qaydası: Hər bir yeni yaradılan kuryer sifarişi üçün 2 AZN + bağlamaların çəkisi x 1.5 AZN
  23. Türkiyədən sifariş olunan bağlamanın çatdırılma haqqı fiziki və həcmi çəkiyə görə hesablanır. Hansı çəki çox olarsa, tarif ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün: ((en(sm) x hündürlük(sm) x uzunluq(sm)) / 6000) x qiymət
  24. Amerikadan sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Amerika sifarişlərində ölçüsü 60 santimetrdən böyük olan olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün: ((en(sm) x hündürlük(sm) x uzunluq(sm)) / 6000) x qiymət
  25. “Daşıyıcı” heç bir halda göndərilən məhsulun keyfiyyətinə, forma və ölçüsünə, satış anbarında tükənmiş olmasına, satıcı firma tərəfindən “Daşıyıcı”nın ünvanına zamanında çatdırılmaması səbəbinə görə məsuliyyət daşımır.

       Geri qaytarma şərtləri:

       Türkiyə

❗️Geri qaytarma (iade) xidməti müvəqqəti olaraq dayandırılmışdır.

       Amerika

Amerikadan çatdırılan sifarişlərin Azərbaycandan geri qaytarılması həyata keçirilmir. Amerika anbarına daxil olmuş bağlamada ("Yoxlama" xidməti zamanı) hər hansı problem aşkarlanarsa, Return Label ilə geri qaytarılma mümkündür. Xidmət haqqı 10$ təşkil edir.

Qeyd: Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir. Azərpoçt vasitəsilə ilə göndərilən bağlamalar geri qaytarılmır.

 

      ÖLKƏ ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ QADAĞAN OLUNAN MALLAR:

  • Pullar və poçt ödənişi nişanlarının buraxılmasına aid olan avadanlıqlar;
  • Bitki və toxumalar;
  • Canlı heyvanlar;
  • Tezalışan maddələr;
  • Dərmanlar;
  • Toksikoloji və zəhərli maddələr;
  • İnfeksion və bioloji maddələr;
  • Kimyəvi reaktivlər, turşular və civə;
  • Pornoqrafiya məhsulları;
  • Tez xarab olan qida məhsulları;
  • Dövlət əhəmiyyətli sənədlər;
  • Öz qablaşdırılmasına və ya xüsusiyyətlərinə görə işçilər üçün təhlükə yaradan, digər məhsulların zədələnməsinə, çirklənməsinə səbəb olan göndərişlər;
  • Sikkələr, banknotlar;
  • Spirtli içkilər və tütün məhsulları;
  • Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar;
  • Müxtəlif növ batareyalar, powerbank-lar.

 

 

 

Transportation conditions