Korporativ
Xidmətlərimiz

'Findex Group' yeni layihəsini təqdim edir. Logistik və nəqliyyat xidmətlərini təklif edən 'Findex Logistics' MMC beynəlxalq yükdaşımaları həyata keçirir. 'Findex Logistics' MMC müxtəlif ölkələrin hava yolları ilə əməkdaşlığı nəticəsində yüklərinizi dünyanın bir nöqtəsindən digər nöqtəsinə operativ və təhlükəsiz çatdırır. Yüklərinizin istənilən məsafəyə daha sürətli, zədələnmə və ya oğurlanma riski olmadan çatdırılmasını istəyirsinizsə, bizə müraciət edin.

[email protected]
Logistika Xidmətlərimiz

Istanbuldan 1.65$-dan başlayan qiymətlərlə

Yüklərin hava nəqliyyatı ilə daşınmasına hər zaman tələbat daha çoxdur. Hava yükdaşımaları vaxta qənaət baxımından ən üstün daşıma növü hesab edilir. Yükün təhlükəsiz şəraitdə və sağlam formada istənilən nöqtəyə sürətli çatdırılması üçün təyyarə ən ideal nəqliyyat növüdür.

Hava yükdaşımaları

Yüklərin hava nəqliyyatı ilə daşınmasına hər zaman tələbat daha çoxdur. Hava yükdaşımaları vaxta qənaət baxımından ən üstün daşıma növü hesab edilir. Yükün təhlükəsiz şəraitdə və sağlam formada istənilən nöqtəyə sürətli çatdırılması üçün təyyarə ən ideal nəqliyyat növüdür.

Avtomobil, dəmiryolu və su nəqliyyatı

Avtomobil nəqliyyatının üstünlüklərindən biri yükün bir nöqtədən digər nöqtəyə birbaşa (qapıdan-qapıya) çatdırılma imkanıdır.
Dəmiryolu nəqliyyatı ilə böyük ölçülü yüklərin daşınması vaxt baxımından tez və sadə yolla rəsmiləşdirilir və artıq xərclərə ehtiyac olmur.
Su nəqliyyatının yüksək yükgötürmə qabiliyyəti və aşağı maya dəyəri yükdaşıma üçün əhəmiyyətli hesab edilir.

Daşınan yüklərin təyinat nöqtəsindən alınması

Şirkətimiz müştərilərin rahatlığı üçün hər bir addımı düşünmüşdür. Təyinat nöqtəsini bildirməyiniz kifayət edir ki, zədələnmə, oğurlanma riski olmadan tam təhlükəsiz şəkildə yüklərinizi bir ünvandan digər ünvana çatdıraq.

Tələbata görə Gömrük brokerliyi

“Findex Logistics” MMC digər xidmətlərlə yanaşı, gömrük xidmətlərini də təklif edir. Mütəxəssislərimiz şirkət və ya fərdi sahibkar olmasından asılı olmayaraq, hər bir müştəriyə idxal və ixrac əməliyyatlarında istənilən köməkliyi göstərirlər.

30%-ə qədər endirim

'Findex Logistics' MMC ilk gündən müştərilərini sevindirməyə başlayır. Belə ki, 01.05.2021 tarixinədək dünyanın bütün istiqamətlərinə olan hava yükdaşımalarına 30%-ə qədər ENDİRİM təklif edilir.