“Find Express” MMC Türkiyədən məhsulları sifariş etməkdə çətinlik yaşayan istifadəçilərinə bu xidməti təklif edir. “Find Express MMC” əməkdaşları bu xidmətlə müştərilərə onlayn sifariş vermə prosesində köməklik göstərir. Bu onlayn sifarişin bütün mərhələlərinin bizim əməkdaşlar tərəfindən həyata keçirilməsi və bağlamaların satış firmasından Azərbaycanda birbaşa ünvana çatdırılmasını deməkdir.
“Find Express” MMC Türkiyə, Amerika və İspaniyada yerləşən brend və mağazaların (geyim və s.) onlayn platformalarından sifariş olunan məhsulların sürətli və sərfəli çatdırılmasını həyata keçirir. Türkiyə, Amerikadan və İspaniyadan sifariş olunmuş məhsulunuz ən qısa müddətdə Bakı anbarımıza çatdırılır.
“Find Express” MMC olaraq Bakı anbarına daxil olmuş karqonuzu istədiyiniz ünvana çatdırılma xidmətini təklif edirik. Bununla heç yerə getmədən və əlavə vaxt sərf etməyə ehtiyac qalmadan sifariş etdiyiniz məhsulu əldə etmiş olursunuz, biz isə müştərilərimizi məmnun etidiyimiz üçün məmnun oluruq. Bu xidmət və ödənişi haqqında ətraflı məlumatı tariflər bölməsindən əldə edə bilərsiniz.
“Trendyol“ və “Temu“ sifarişlərinizi Find Express filiallarından sizə yaxın olanı seçərək tamamlaya bilərsiniz. Sifarişləriniz ən qısa zamanda Azərbaycana çatdırılır və seçdiyiniz filiala təhvil verilir. “Trendyol“ və “Temu“ sifarişlərində çatdırılma zamanı əlavə ödəniş tələb olunmur.